Əkbərli Ülkər Asif qızı, Qədimquliyev Ramil Eyyub oğlu

Əkbərli Ülkər Asif qızı,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

dosenti, hüquq üzrə fəlsəfə doktoru

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

Qədimquliyev Ramil Eyyub oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

qiyabi doktorantı

E-mail: [email protected]

UOT 349.2:331.312

MÜASİR DÖVRDƏ KONSTİTUSİON İSTİRAHƏT HÜQUQUNUN HƏYATA

KEÇİRİLMƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA

İstirahət hüququ insanın təbii və ayrılmaz hüququdur. O, bir çox beynəlxalq aktlarda, xüsusən də İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 24-cü, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 2-ci maddəsində, habelə BƏT-in vaxtilə SSRİ və hazırda Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş bir çox konvensiyalarında, məsələn, “İllik ödənişli məzuniyyətlər haqqında” 52 nömrəli Konvensiyasında (1936-cı il), “Ödənişli məzuniyyətlər haqqında (yenidən baxılmış)” 132 nömrəli Konvensiyasında (1970-ci il) və s. konvensiyalarda təsbit olunmuşdur. A. M. Qasımovun və A. A. Bayramovanın fikrincə, istirahət hüququ insan və vətəndaşın konstitusion sosial hüquqları qrupuna (blokuna) aiddir [6, s. 30].

Yüklə