Əsədov Ceyhun Cavanşir oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

fəlsəfə doktoru proqramı üzrə doktorantı

E-mail: [email protected]

UOT 349.6

TORPAQLARIN MÜLKİ-HÜQUQİ VƏ EKOLOJİ-HÜQUQİ STATUSUNUN

MÜQAYİSƏLİ TƏHLİLİ: NORMATİV ZİDDİYYƏTLƏR VƏ TƏKMİLLƏŞDİRMƏ

İSTİQAMƏTLƏRİ

Torpaq münasibətlərinin tənzimlənməsi hüququn ən mürəkkəb istiqamətlərindən biri kimi qiymətləndirilir. Bunun əsas səbəbi torpağın eyni vaxtda həm mülki dövriyyə obyekti, həm ekoloji obyekt, həm də təbii sərvət statusu daşımasıdır. Torpağın bu çoxqatlı hüquqi təbiəti müxtəlif hüquq sahələrinin, xüsusilə mülki hüquq və ekologiya hüququnun kəsişmə nöqtəsində müəyyən normativ qeyri-müəyyənliklər yaradır.

Yüklə