Hüseynli Vasif Asif oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının qiyabi doktorantı,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 82F

E-mail: [email protected]

UOT 349.2

ƏMƏK FUNKSİYASININ MƏZMUNUNA

DAİR YANAŞMALAR HAQQINDA

Əmək funksiyasının məzmununa dair yanaşmaların izahına keçməzdən əvvəl əmək funksiyasına aydınlıq gətirməyi məqsədəmüvafiq hesab edirik. Əmək funksiyasının leqal anlayışı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra qısaca AR ƏM) 3-cü maddəsinin (“Bu Məcəllədə istifadə edilən əsas anlayışlar”) 9-cu hissəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur [1, s. 28].

Yüklə