Bakı Dövlət Universitetinin “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı
E-mail: [email protected]
UOT 349.2
YAŞI 18-DƏN AZ OLAN İŞÇİLƏRİN İŞ VƏ İSTİRAHƏT REJİMİ, ƏMƏYİN
MÜHAFİZƏSİ QAYDALARININ TƏŞKİLİ
Yaşı 18-dən az olan işçilərin əmək fəaliyyəti xüsusi diqqət və qayğı tələb edən sahədir. Bu yaş qrupu gənclər həm fiziki, həm də psixoloji baxımdan hələ tam inkişaf mərhələsində olduqlarından onların iş şəraiti, iş saatları və istirahət rejimi ciddi şəkildə tənzimlənir. Əmək qanunvericiliyi və beynəlxalq standartlar gənc işçilərin ağır, zərərli və təhlükəli işlərdə işləməsini qadağan edir, həmçinin onların təhsil hüquqlarının qorunmasını təmin edir. Bu baxımdan, iş və istirahət rejiminin düzgün təşkili, əməyin mühafizəsi qaydalarına riayət edilməsi onların sağlam böyüməsinə, fiziki və intellektual inkişafına müsbət təsir göstərir. Məqalənin məqsədi gənc işçilərin iş şəraitinin təşkili prinsiplərini araşdırmaq və əməyin mühafizəsi sahəsində mövcud problemləri müəyyənləşdirməkdir.