İbrahimzadə Lalə İlqar qızı

Azərbaycan Resplublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin

“Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti” ixtisaslaşması

üzrə doktorantı

E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 24

UOT 343.1

KİBERCİNAYƏTLƏRİN İBTİDAİ İSTİNTAQI ZAMANI İNSAN HÜQUQLARININ MÜDAFİƏSİNİN

HÜQUQİ TƏMİNATLARI

Cəmiyyətin rəqəmsallaşması cinayət hüququ və cinayət-prosessual hüquq üçün yeni reallıqlar yaratmışdır. Əvvəllər cinayət hadisəsinin sübut olunması daha çox şahid ifadələri, maddi sübutlar, sənədlər və ekspert rəyləri əsasında həyata keçirilirdisə, hazırda cinayətlərin böyük bir hissəsində elektron izlər mühüm əhəmiyyət daşıyır. Mobil telefon məlumatları, IP ünvanları, elektron yazışmalar, sosial media paylaşımları, elektron ödəniş məlumatları, bulud yaddaşı, müşahidə kameraları, üz tanıma sistemləri və digər rəqəmsal məlumatlar istintaq üçün əhəmiyyətli sübut mənbələrinə çevrilmişdir. Müasir cinayət mühakiməsində rəqəmsal sübutlar təkcə kibercinayətlərin deyil, həm də ənənəvi cinayətlərin araşdırılmasında mühüm sübut mənbələrindən birinə çevrilmişdir və hüquqmühafizə orqanlarının qarşısında yeni texniki və prosessual vəzifələr yaratmışdır [12, s.18].



Yüklə