İsmayılov Ayxan Rəhim oğlu

Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dissertantı

E-mail: [email protected]

UOT 340

DÖVLƏTİN HÜQUQ SUBYEKTLİYİNİN XÜSUSİYYƏTİ

Hər bir tarixi dövrdə ictimai münasibətlərin iştirakçılarını ifadə etmək üçün “hüququn subyekti” anlayışı formalaşdırılmışdır. Bu baxımdan hüququn, xüsusilə beynəlxalq hüququn subyektlərinin dairəsinin həddindən artıq genişləndirilməsi düzgün hesab edilmir. Beynəlxalq hüquqşünaslar düzgün olaraq qeyd edirlər ki, beynəlxalq münasibətlərin iştirakçıları üçün “hüquq subyektliyinin ən mühüm göstəricisi siyasi müstəqillikdir” [10, s. 13]. Son illər fərdlərin hüquqi statusunun zənginləşməsinə baxmayaraq, tarixi inkişafın hazırkı mərhələsində yalnız dövlətlərin ilkin və tam beynəlxalq hüquq subyektliyinə malik olması mövqeyini dəstəkləyirik. “Beynəlxalq hüquqda hüquq subyektliyi müstəqil surətdə beynəlxalq hərəkətləri həyata keçirmək qabiliyyəti ilə yanaşı, həmçinin fiziki şəxslərin malik olmadığı beynəlxalq hüquq normaları yaratmaq və onların yerinə yetirilməsini təmin etmək qabiliyyətini nəzərdə tutur” [7, s. 8].

Yüklə