Məmmədov Oruc Cəmil oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin

direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi kafedrasının dosenti,

hüquq üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

UOT 342.5

DÖVLƏT ORQANLARINDA DAXİLİ İNTİZAM

QAYDALARININ XÜSUSİYYƏTLƏRİ

Mövzunun aktuallığı. Müasir dövlət orqanlarında daxili fəaliyyətin hüquqi tənzimlənməsi böyük təcrübi əhəmiyyət kəsb edir. Bu amil Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının prinsipial mövqeyindən, dövlət idarəetməsi və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların xarakterindən və məzmunundan irəli gəlir.

Dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar dövlət intizamının tərkib hissəsi olaraq dövlət orqanlarında daxili intizam qaydalarının tətbiqini zəruri etmişdir.

Yüklə