Məmmədzadə Tural Ziya oğlu

Milli Aviasiya Akademiyasının doktorantı

Ünvan: Bakı şəhəri, Mərdəkan pr., 30

E-mail: [email protected]

UOT 342

QANUNVERİCİLİK ORQANININ DEMOKRATİK İDARƏETMƏDƏ

FUNKSİONAL BÜTÖVLÜYÜ: AZƏRBAYCAN RESPUBLİKASI

TİMSALINDA

Hakimiyyətlərin bölünməsi prinsipi müasir konstitusiya hüququnun əsas institutlarından biri kimi qəbul edilir. Bu prinsip əksər demokratik dövlətlərin konstitusiyalarında təsbit olunur və qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünün hüquqi əsasını təşkil edir. Bununla belə, hakimiyyətlərin bölünməsi prinsipinin formal şəkildə tanınması qanunvericilik orqanının demokratik idarəetmədə real və effektiv fəaliyyət göstərməsi üçün təkbaşına kifayət etmir. Qanunvericilik orqanının demokratik keyfiyyəti onun yalnız konstitusiyada ayrıca hakimiyyət qolu kimi göstərilməsi ilə deyil, həm də normayaratma, təmsilçilik, nəzarət və hesabatlılıq funksiyalarını faktiki olaraq həyata keçirmək imkanları ilə müəyyən olunur.

Yüklə