Misirxanova Ayşən Valeh qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının

“Dövlət və hüquq nəzəriyyəsi və tarixi” ixtisası üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 340.15; 342.25

CÜMHURİYYƏT DÖVRÜNDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ

TƏŞKİLİ VƏ FƏALİYYƏTİNİN HÜQUQİ TƏNZİMİ

Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918–1920) Azərbaycan dövlətçilik tarixində yeni siyasi-hüquqi idarəetmə modelinin formalaşdığı mühüm mərhələ kimi səciyyələnir. 28 may 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyəti təkcə müstəqil dövlətin yaradılması deyil, eyni zamanda demokratik idarəçilik prinsiplərinin, parlamentli respublika modelinin və yerli özünüidarə institutlarının təşəkkül tapması baxımından da əhəmiyyətli idi.¹ Bu dövrdə dövlət hakimiyyətinin təşkili ilə yanaşı, yerli səviyyədə idarəetmə sisteminin hüquqi əsaslarının müəyyənləşdirilməsi və praktiki tətbiqi aktual məsələlərdən birinə çevrilmişdir. Yerli özünüidarəetmə orqanları demokratik dövlət quruluşunun vacib elementlərindən biri olmaqla, əhalinin yerli əhəmiyyətli məsələlərin həllində birbaşa iştirakını təmin edən institut kimi çıxış edir [1]. Cümhuriyyət dövründə bu sahədə atılan addımlar həm əvvəlki imperiya idarəetmə modelindən uzaqlaşma, həm də Avropa demokratik idarəçilik təcrübəsinə yaxınlaşma istiqamətində həyata keçirilmişdir.

Yüklə