Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki və təsərrüfat hüququ kafedrasının II kurs magistrantı
E-mail: [email protected]
UOT 349.2
İŞƏGÖTÜRƏN TƏRƏFİNDƏN ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİNİN
BEYNƏLXALQ-HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN İNKİŞAFINA MÜASİR YANAŞMALAR
Əmək münasibətləri müasir hüquq sistemlərinin və sosial-iqtisadi inkişafın təməl sütunlarından biri hesab olunur. Bu münasibətlərin əsas elementi olan əmək müqaviləsi işçi və işəgötürən arasında qarşılıqlı hüquq və öhdəlikləri müəyyənləşdirir. Müqavilənin ləğvi isə əmək hüququnun ən həssas və mübahisəli istiqamətlərindən biridir, çünki burada həm işçinin sosial təminatı və hüquqlarının qorunması, həm də işəgötürənin idarəetmə və iqtisadi azadlığı arasında balansın saxlanılması zərurəti meydana çıxır.