hüquqşünas
E-mail: [email protected]
Orcid cod: 0009-0007-2495-5804
UOT 342.9
VƏTƏNDAŞLARIN HÜQUQLARININ QORUNMASI İNZİBATİ HÜQUQUN
ƏSAS VƏZİFƏSİ KİMİ
İnzibati hüquq sahəsi üzrə yerli müəlliflərin elmi əsərlərinin sistemli və müqayisəli təhlili göstərir ki, vətəndaş hüquqlarının qorunması müasir dövlətin və hüquq sisteminin fundamental prinsiplərindən biri kimi çıxış edir. Hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsinin təşkil olunması dövlətin idarəetmə funksiyalarının mühüm tərkib hissəsini təşkil edir [7, s. 23]. Məqalədə tədqiq edilən əsas anlayışlardan biri olan “inzibati hüquq” termini isə vətəndaşların hüquqlarının qorunmasında xüsusi rol oynayan müstəqil hüquq sahəsi kimi səciyyələndirilir.