Qurbanova İlahə Nazim qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakim köməkçisi, Bakı Dövlət Universitetinin

“Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 347

İDDİA MÜDDƏTİNİN TƏTBİQİNİN HÜQUQİ MAHİYYƏTİ, ŞƏRTLƏRİ VƏ PRAKTİKİ PROBLEMLƏRİ

Mülki hüquqda iddia müddəti institutunun tətbiqi hüquqi münasibətlərin sabitliyi, subyektiv hüquqların zamanla səmərəli müdafiəsi, həmçinin hüquqi dövriyyənin etibarlılığı üçün fundamental əhəmiyyətə malikdir. İddia müddəti, hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etmək imkanının zaman baxımından məhdudlaşdırılması kimi deyil, əksinə, hüququn müdafiəsinin müəyyən zaman çərçivəsində təmin edilməsinə yönəlmiş hüquqi mexanizm kimi qiymətləndirilməlidir. Onun mahiyyəti həm hüquqi dövlət prinsipinə, həm də mülki dövriyyədə sabitlik və hüquqi müəyyənlik tələblərinə əsaslanır. Bu institut vasitəsilə mülki dövriyyədə səmərəlilik artır, çünki tərəflər hüququn pozulması halında passiv davranış nümayiş etdirmədən vaxtında məhkəməyə müraciət etməyə təşviq olunurlar. Nəticədə hüquqi münasibətlərdə intizam və məsuliyyət güclənir. Hüquq ədəbiyyatında iddia müddəti daha çox mübahisələrin həddən artıq uzun çəkilməsinin qarşısını alan, tərəflərin davranışlarını rasional çərçivəyə salan və keçmiş münasibətlərin aktuallığını müəyyən müddətlə məhdudlaşdıran institut kimi xarakterizə olunur.

Yüklə