Rüstəmov Rauf Hüseyn oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
Musazadə Nərmin Rəşad qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr təhsil pilləsi üzrə IV kurs tələbəsi
E-mail: [email protected]
Şirinova Nəzrin Elnur qızı,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr təhsil pilləsi üzrə IV kurs tələbəsi
E-mail: [email protected]
UOT 343.1:347.963
CİNAYƏT-PROSESSUAL HÜQUQUN TƏKMİLLƏŞDİRİLMƏSİ KONTEKSTİNDƏ
DÖVLƏT İTTİHAMÇISININ MÜSTƏQİL SUBYEKT KİMİ FORMALAŞMASI
Cinayət mühakimə icraatında dövlət ittihamçısının institusional və funksional müstəqilliyi ədalət-mühakimə təminatının əsas elementlərindən biridir. Mövcud redaksiyada olan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – AR CPM) dövlət ittihamçısının müstəqil prosessual subyekt kimi fəaliyyətini tam təmin etmir. AR CPM ilə “Prokurorluq haqqında” Qanun arasında normativ uyğunsuzluqlar və prokurorluq sistemindəki iyerarxik tabelik, dövlət ittihamçısının sərbəst prosessual mövqe formalaşdırmasına mane olur. Nəticədə çəkişmə prinsipi, tərəflərin prosessual bərabərliyi və obyektiv araşdırma tələbi praktiki müstəvidə zəifləyir.