Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınını magistrantı
E-mail: [email protected]
UOT 340.132.83
DÖVLƏT İDARƏÇİLİYİNDƏ NƏZARƏT MÜNASİBƏTLƏRİNİN
STRUKTURU VƏ ƏSAS ELEMENTLƏRİ
Müasir cəmiyyətdə dövlətin yerinə yetirdiyi funksiyaların, dövlət idarəçiliyinin qarşısında dayanan məqsəd və vəzifələrin dairəsinin genişlənməsindən bəhs edərkən, ilk növbədə, ölkədə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində vəzifələrin xüsusi çəkisinin artmasını qeyd etmək lazımdır. Bütün bunlar isə dövlətin həyata keçirdiyi idarəetmə fəaliyyəti vasitəsilə realizə olunur.
Dövlətin idarəçilik fəaliyyətini vacib edən mühüm cəhətlərindən biri onun digər sosial idarəçilik növlərinin fövqündə dayanması, özünəməxsus üsul və vasitələrdən istifadə etməsidir.