hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin
Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
UOT 347.963
DRONLARIN KRİMİNALİSTİK ANALİZİ
Son illərdə müxtəlif sahələrdə dronlardan istifadə davamlı olaraq artmaqdadır. Federal Aviasiya Administrasiyasının (FAA) Pilotsuz Uçuş Aparatları (PUA) şöbəsinin rəsmi məlumatlarına əsasən, ABŞ-da 1,7 milyondan çox dron qeydiyyatdan keçmişdir və yaxın bir neçə il ərzində bu rəqəmin iki dəfə artacağı gözlənilir. Bu artım dronların daha əlçatan olması və onların aerofotoçəkiliş, axtarış-xilasetmə əməliyyatları, çatdırılma xidmətləri və digər müxtəlif sahələrdə geniş tətbiqi ilə əlaqədardır