Tanrıverdiyev Nahid İlham oğlu

Bakı Dövlət Universitetinin bakalavr tələbəsi

E-mail: [email protected]

UOT 342.7

MÜASİR QLOBAL TRANSFORMASİYALAR FONUNDA AVROPA BİRLİYİNİN İNSAN

HÜQUQLARI ARXİTEKTURASI: STRUKTUR BÖHRANLAR VƏ YENİ ÇAĞIRIŞLAR

Avropa Birliyinin inkişaf trayektoriyası yalnız iqtisadi tərəfdaşlıq yox, həm də dərin siyasi-hüquqi transformasiya dövrünü əhatə edir. 1950-ci ildə Rober Şumanın təşəbbüsü ilə kömür və polad istehsalının supramilli idarəçiliyə verilməsi ilə başlayan bu proses, 1957-ci il Roma müqaviləsi [40] ilə iştirakçı dövlətlər arasında vahid iqtisadi ekosistemin əsası qoyuldu. Lakin Birliyin müasir institusional imici məhz 1993-cü il Maastrixt müqaviləsi [42] ilə rəsmiləşmiş və iqtisadi inteqrasiya siyasi bütövlük ambisiyası ilə tamamlanmışdır. Avropa qitəsindəki geosiyasi transformasiyalardan, xüsusən də post-sovet məkanındakı genişlənmə dalğasından sonra 2009-cu ildə qüvvəyə minən Lissabon müqaviləsi AB-ni vahid hüquqi şəxsə çevirməklə [41, maddə 47], onun idarəetmə arxitekturasını demokratik legitimlik çərçivəsində yenidən sistemləşdirmişdir.

Yüklə