Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin II kurs magistrantı
E-mail: [email protected]
UOT 346.545
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİNDƏ HAQSIZ
RƏQABƏTİN TƏNZİMLƏNMƏSİ
Müasir bazar iqtisadiyyatı şəraitində rəqabət iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir və istehsalın səmərəliliyinin artırılmasında, innovasiyaların təşviqində, eləcə də istehlakçıların maraqlarının qorunmasında mühüm rol oynayır. Lakin rəqabətin sağlam və ədalətli mühitdə formalaşması üçün onun hüquqi çərçivə daxilində tənzimlənməsi zəruridir. Bu baxımdan haqsız rəqabətin qarşısının alınması və tənzimlənməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Haqsız rəqabət bazar subyektləri arasında bərabər imkanları pozur, rəqiblərin qanuni maraqlarına zərər vurur və istehlakçıların düzgün seçim etmək hüququnu məhdudlaşdırır [1, s. 312].