Zeynalova Təranə Kamil qızı

Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi

kafedrasının dosenti, h.ü.f.d.

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT 340.12

İNTİBAH DÖVRÜNDƏ QƏRBİ AVROPADA DÖVLƏT SUVERENLİYİ NƏZƏRİYYƏSİNİN

TƏŞƏKKÜLÜ VƏ İNKIŞAFI

“Suverenlik” anlayışı (fr. souveraineté— ali hakimiyyət) hüquq elmində mühüm siyasi-hüquqi kateqoriya olmaqla, cəmiyyətin dövlət hakimiyyətinin mühüm xüsusiyyətlərini özündə cəmləşdirir. Bu anlayış siyasi-hüquqi ədəbiyyatda üç səpkidə işlədilir: dövlət suverenliyi, xalq suverenliyi və milli suverenlik. Bu ifadələr müəyyən dərəcədə muxtar məna yükünə malik olsalar da, tarixi-genetik və sosial-siyasi baxımdan eyni kökə malikdirlər. Çünki burada əsas məqam müəyyən sosial orqanizm çərçəvəsində hakimiyyətin aliliyi, müstəqilliyidir

Yüklə